Rus jurnalistin türk ölkəsinə girişi qadağan edildi

Rus jurnalistin türk ölkəsinə girişi qadağan edildi

Kimisə bəyənmirsinizsə, onu evinizə buraxmazsınız. Biz də eyni şeyi edəcəyik. Lazım gələrsə, tədbirlər görüləcək.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov rusiyalı jurnalist Tina Kandelakinin Astana haqqında dediklərini şərh edərkən bildirib.

“Bunu bu gün və ya sabah etməkdə israr etməyin. Dövlət bunu heç vaxt bağışlamır. O, (Tina Kandelaki) Qazaxıstana gəlməyəcək, gəlsə, ölkəyə girə bilməyəcək”.

Qeyd edək ki, Kandelaki Qazaxıstanda rus dilinin zorla sıxışdırıldığını bildirib. Buna səbəb kimi Qazaxıstanda bir neçə dəmir yolu vağzalının, məsələn, Uralskın – Oral, Uzenin – Janaozen adına dəyişdirilməsini göstərib. Kandelaki bunu “şübhəli qərar” adlandırıb.

Teqlər: