Rusiyalı jurnalist Dmitri Muratov Nobel mükafatını hərracda rekord qiymətə – 103.5 milyon dollara satıb.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, satış “Heritage Auctions” hərrac evində baş tutub.
Muratov bildirib ki, əldə edilən gəlir Ukraynadakı müharibədən əziyyət çəkən uşaqlara yardım edilməsi üçün UNİSEF-ə köçürüləcək. Onunun açıqlamasından az müddət sonar UNİSEF məbləği aldığını bildirib.
Muratovun Nobel medalı cəmi 10 min dollara başa gəlib.