Londonda yaşayan tanınmış rusiyalı jurnalist Oleq Kaşin Moskvada, “Krokus Siti Holl”da baş verən dəhşətli terror aktını erməni silahlıların törədə biləcəyini istisna etməyib.
AzerTimes xəbər verir ki, bu barədə o, Yutub kanalına açıqlamasında deyib.
Kaşin bildirib ki, hər kəs ermənilərin 70-ci illərin sonunda Moskvada metroda reallaşdırdıqları terror aktını xatırlayır. Eyni zamanda, o, “Krokus Siti Holl”un azərbaycanlıya məxsus olduğunu və buna görə də ermənilərin hücum edə bilmək ehtimalını irəli sürüb.
Belə ki, icraçının kim olmasından asılı olmayaraq, əsas diqqət hazırda sifarişçinin üzərindədir.
Qeyd edək ki, terrorçuların istifadə etdiyi silah və digər faktlara görə tarixçi alim Zaur Əliyev də bu teraktda erməni izinin olduğu ehtimalını irəli sürmüşdü.
Xatırladaq ki, ötən gün “Krokus Siti Holl”da baş verən teraktda ölənlərin sayı artıq 143-ə çatıb.