Rus hücumuna inanmırdılar – Bayden əmr etdi…

Rus hücumuna inanmırdılar – Bayden əmr etdi…

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində kəşfiyyat məlumatlarının məxfilikdən çıxarılmasına göstəriş verib. Çünki ABŞ-ın gözlənilən hücumla bağlı iddiaları tərəfdaşlar və müttəfiqlər tərəfindən şübhə ilə qarşılanıb.

AzerTimes xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatın direktoru Avril Hayns deyib.

Haynes bildirib ki, Rusiyanın Ukraynaya hücumu ərəfəsində ABŞ kəşfiyyatı vəziyyəti ölkə siyasətçilərinə çatdırıb:

“Amma siyasətçilərimiz bu barədə başqa ölkələrdən olan həmkarlarına danışanda onlara inanmayıblar. Nəticədə prezident bizə məlumatların məxfilikdən çıxarılması haqda göstəriş verdi. Bu, potensial rus işğalına hazırlaşmağa kömək etdi”.

Teqlər: