Ukraynalı pilotlar Rusiyanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün “Aypəd”dən istifadə edir.
AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Uilyam Laplante deyib.
“Bunun sayəsində köhnə ukraynalı qırıcılar indi bir çox Qərb silahlarını götürə bilir. Planşetlərdən pilotlara tapşırıqları uğurla başa vurmağa kömək edəcək naviqasiya və vacib məlumatların göstərilməsi üçün istifadə etmək olur”, – Laplante bildirib.