Rus hərbi təyyarəsi NATO ölkəsinin ərazisinə daxil oldu

Rus hərbi təyyarəsi NATO ölkəsinin ərazisinə daxil oldu

Rusiyanın hərb təyyarəsi Finlandiya hava məkanını pozub.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Skandinaviya ölkəsinin NATO alyansına qoşulmasından sonra ilk belə hadisədir.

Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, təyyarə Finlandiya hava məkanında təxminən 2 dəqiqə uçub. Hadisə Finlandiya körfəzinin şərq hissəsində baş verib – təyyarə Finlandiya ərazisinə 2,5 kilometr dərinliyə daxil olub.

“Biz ərazi sərhədlərinin pozulmasına ciddi yanaşırıq və dərhal təhqiqata başladıq”, – müdafiə naziri Antti Hakkanen bildirib.

Teqlər: