Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Vasili Bıkov” gəmisi Qara dənizdə Ukraynanın İzmail limanına gedən Palau bayrağı altında “Sukra Okan” yük gəmisini saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu gün səhər saatlarında yük gəmisinin kapitanı yoxlama üçün dayanma tələbinə cavab verməyib. Nəticədə rus hərbi gəmisi xəbərdarlıq atəşi açıb. Yüklərin yoxlanılmasından sonra yük gəmisi İzmail limanına doğru hərəkətinə davam edib.