Rus hərbçiləri panikada Krıma qaçır

Rus hərbçiləri panikada Krıma qaçır

Ukraynada qorxuya düşən rus fərariləri təcili olaraq Xerson vilayətindən qaçmağa çalışırlar.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Xerson vilayətində 18-20 yaşlı bir qrup fərari peyda olub:

“Onlar rus hərbi geyimdə olublar, lakin fərqlənmə nişanı və baş geyimləri olmayıb. Yerli sakinlərdən yemək və su istəyiblər. Çox güman ki, ruslardan biri yaralanıb. Onların 3 pulemyotu var. Krıma doğru hərəkət edirlər. Yalnız gecələr hərəkət edirlər, gündüzlər isə gizlənirlər.

Ümumilikdə Xerson vilayətində rus hərbçilərinin fərarilik halları qeydə alınır. Bunun əsas səbəbi Ukrayna artilleriyasının dəqiq zərbələri nəticəsində işğalçıların ağır itki verməsidir. Çox vaxt qaçaqlar Krıma getməyə çalışırlar. Bu marşrut təhlükəsiz hesab olunur”.

Teqlər: