Rusiya hərbçiləri Kupyansk istiqamətində hücuma keçib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.
Sırski qeyd edib ki, şərq istiqamətində əməliyyat vəziyyəti ağır olaraq qalır:
“Baxmut bölgəsində qoşunlarımızın hücum hərəkətlərinin qarşısını almaq üçün düşmən bu istiqamətə fəal surətdə əlavə qüvvə və vasitələr göndərir. Onların əsasını hava-desant qüvvələrinin bölmələri təşkil edir.
Eyni zamanda, düşmən Kupyansk istiqamətində hücuma keçib və qarşısına qoşunlarımızı darmadağın etməyi və döyüş birləşmələrimizin dərinliklərinə doğru hücumu davam etdirməyi qarşısına məqsəd qoyub”.