Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin İnqulets kəndini atəşə tutublar.
AzerTimes xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyası məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında kəndin dinc sakinlərinin həyətlərinə mərmilər düşüb. Nəticədə bir qadın həlak olub, bir nəfər isə yaralanıb.