Rus hərbçiləri ailələrini Melitopoldan çıxardı

Rus hərbçiləri ailələrini Melitopoldan çıxardı

Rusiya hərbçilərinin ailələri Melitopoldan çıxarılıb.

AzerTimes xəbər verir ki, bunu Melitopol meri İvan Fyodorov deyib.

“Keçən həftə Ukrayna Silahlı Qüvvələrinin aktiv fəaliyyətindən sonra rus hərbçiləri Melitopoldan ailələrini çıxarmağa başlayıblar. Biz bunu aydın şəkildə görürük”, – o bildirib.

Mer Xerson vilayətində körpülərin partladılmasından sonra işğalçıların yerli “rəhbərliyi”nin Melitopola qaçması barədə məlumatı da təsdiqləyib.

Teqlər: