Rusiya hərbçiləri Zaporojye atom elektrik stansiyasının ətraf mühitin mühafizəsi xidmətinin rəhbərini oğurlayıblar. İşğalçılar terrorun yeni üsullarına əl atırlar.
AzerTimes xəbər verir ki, bunu Enerqodar şəhər meri Dmitri Orlov deyib.
“Dünən – iyulun 17-də ətraf mühitin mühafizəsi xidmətinin rəhbəri İqor Kvaşnini tutaraq naməlum istiqamətdə aparıblar. Hazırda onun harada olduğunu müəyyən etmək mümkün deyil”, – Orlov bildirib.