Rusiyanın Mi-8 helikopteri Estoniyanın Koydula sərhəd-keçid məntəqəsi istiqamətində icazəsiz hava məkanına daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Estoniya nöqteyi-nəzərindən bu, çox ciddi və kədərli haldır. Həm də, heç bir halda qəbul olunmazdır”, – bəyanatda deyilir.
Həmçinin, hadisəyə etiraz etmək üçün Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıb və ona ölkənin hava sərhədinin pozulması ilə bağlı nota təqdim edib.