Rus hakerlərindən Ukraynaya növbəti hücum

Rus hakerlərindən Ukraynaya növbəti hücum

Rusiyalı hakerlər Ukraynanın Xüsusi Rabitə üzrə Dövlət Xidməti adından zərərli linklər olan elektron məktublar göndərirlər.

AzerTimes xəbər verir ki, bu barədə Xüsusi Rabitə Dövlət Xidmətinin rəsmi saytı məlumat yayıb.

“Ukraynanın Xüsusi Rabitə və İnformasiya üzrə Dövlət Xidmətinin adından zərərli linklər olan elektron məktubların kütləvi şəkildə yayılır. Belə fəaliyyət UAC-0010 haker qrupu ilə əlaqələndirilir ( Armageddon-red) E-poçtdan bir keçidə klikləsəniz, kompüterinizdə RAR arxivi yaradılacaq (məsələn, “11/08/2022.rar” ). Bu faylın açılması zərərli proqramların, o cümlədən məlumat oğurlayan proqramların yüklənməsinə səbəb olacaq. Elektron məktublar @mail.gov.ua xidmətinin adından istifadə ediməklə göndərilir. Yəni, təcavüzkarlar dövlət orqanlarının nümayəndələri kimi maskalanırlar”, – məlumatda deyilir.

Teqlər: