Rus ordusunun Ukraynadakı problemləri hələ də həll olunmayıb. Buna görə də tez-tez generalların qovulması baş verir.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Buna misal olaraq səkkiz ay hərbi maddi-texniki təchizata rəhbərlik etmiş Rusiya müdafiə nazirinin müavini general-polkovnik Mixail Mizintsevin vəzifəsindən azad edilməsini göstərmək olar. Mizintsevin işdən çıxarılması dərhal təsdiqlənməsə də, sızan məlumatlarda vurğulanır ki, Rusiyanın logistika ilə bağlı problemləri əsas olaraq qalır”, – hesabatda bildirilib.
Nazirlik bildirib ki, rusların hücum üçün sursat çatışmazlığı da yaranıb və bu da Müdafiə Nazirliyi ilə “Vaqner” özəl hərbi şirkəti arasında fikir ayrılıqlarına səbəb olur.