Moskvanın Basmannı məhkəməsi Rusiya Müdafiə Nazirliyinin Kadrlar üzrə Baş İdarəsinin rəisi Yuri Kuznetsovun cinayət əməlində iştirak edən Lev Martirosyan barəsində 2 aylıq həbs qərarı çıxarıb.
AzerTimes xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
İstintaqın məlumatına görə, o, hərbçiyə rüşvət verib. İstintaq materiallarından belə anlaşılır ki, Kuznetsov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsində xidmət edərkən Martirosyanla şəxsən tanış olub.
Axtarış zamanı müstəntiqlər Kuznetsovun evindən 100 milyon rubl, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar tapıblar.
Qeyd edək ki, Martirosyan 1971-ci ildə Ermənistan SSR-də anadan olub və Krasnodarda yaşayır. Onun fərdi sahibkar olduğu bildirilib.