Britaniya hakimiyyətinin ritorikası Rusiyanı müəyyən tədbirlər planı haqqında düşünməyə məcbur edir.
AzerTimes xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalının efirində rusiyalı general, Rusiya müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov çıxış edib.
“Onlar yəqin ki, Belarusiyadakı “Xəncər” raketləri barədə məlumatları unudublar. Minsk aerodromu yaxınlığından buraxılan bu raket Londonun mərkəzinə 9 dəqiqəyə çatır. Ən azından bunu unutmayın. Bu raket 2000 km məsafədə hədəfləri dəqiq vurmaq gücündədir. Raketin sürəti səs sürətinidən 12 dəfə çoxdur. 9 dəqiqə və “Salam, London”, daha doğrusu “Əlvida, London”, – deyə o qeyd edib.