Rus gəmisi Bosforda: Ukraynadan Türkiyəyə sorğu…

Rus gəmisi Bosforda: Ukraynadan Türkiyəyə sorğu…

Ukrayna “Sparta II” gəmisinin İstanbul boğazı vasitəsilə Suriyadan Rusiyaya keçməsi ilə bağlı Türkiyə tərəfinə sorğu göndərib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Kiyevdəki səfiri Yağmur Əhməd Güldərə Ukrayna XİN-ə çağırılıb:

“Nazir müavini Nikolay Toçitski Türkiyə səfirinə S-300PMU-2 raket komplekslərinin Rusiya Müdafiə Nazirliyinin kirayə verdiyi gəmi vasitəsilə Suriyadan İstanbul boğazından keçərək Rusiyaya daşınması ilə bağlı Ukrayna tərəfinin narahatlığını ifadə edib”.

Teqlər: