Donbasda rus hərbi əsirlərinin edam edilməsi ilə bağlı hesabatları izləyir və hesab edir ki, münaqişənin bütün tərəfləri beynəlxalq qanunlara riayət etməlidirlər.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Qlobal Cinayət Ədaləti üzrə səfiri Bet Van Şək deyib.
“Biz o videoları (Edam görüntüləri – red.) çox yaxından izləyirik. Müharibə qanunlarının bütün tərəflərə, həm təcavüzkar, həm də müdafiə edən dövlətə bərabər şəkildə tətbiq olunduğunu vurğulamaq həqiqətən vacibdir”, – Şək bildirib.