Krımda, Yevpatoriya yaxınlığındakı hərbi hissələrdən birində 14 rus əsgərinin meyiti tapılıb.
AzerTimes Ukrayna mediasına istinadən xəbər verir ki, hərbçilər yatarkən bıçaqlanaraq öldürülüblər.
“Mənbələrin məlumatına görə, hərbçilər yuxuda həlak olublar – naməlum diversantlar bəzilərini ürək nahiyəsindən zərbələr endirərək öldürüblər, bəziləri isə boğazlarını kəsiblər. Onların mühafizəçilərdən yan keçərək kazarmalara necə girdiyini heç kim anlamır. Ehtimal edilir ki, eyni diversantlar Sevastopolda olduğu kimi növbəti hadisəni törədiblər. Onların axtarışları davam etdirilir”, – məlumatda deyilir.