Rusiya hərbçiləri Ukrayna mövqelərinə daxil olublar, lakin Ukrayna əsgərləri hücumları dəf edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında deyilir.
Bildirilib ki, Ukrayna hərbçiləri Dneprin sol sahilində, Xerson vilayətində mövqelərini saxlamaqda və düşmənə atəş zərbələri endirməkdə davam edirlər:
“Ukraynanın şərqində və cənubunda vəziyyət ağır olaraq qalır. Gün ərzində cəbhədə 56 hərbi toqquşma baş verib”.