Rusiya hərbçisi – müqavilə ilə Rusiya ordusunda xildmət keçən 1995-ci il təvəllüdlü Viktor Ageyev Luqansk vilayətində Ukrayna hərbçilərinə əsir düşüb.
Ukraynalı jurnalistlər Ageyevin pasportundakı və hərbi biletindəki fotosunu da dərc ediblər.
Əsirin qohumları bildiriblər ki, O, müddətli hərbi xidməti başa vurandan sonra orduda qalıb – Ageyev 2017-ci ilin martında bu barədə müqaviləni imzalayıb. Onun yeni xidmət məkanı Rostov vilayətinin Bataysk rayonu olub.
Rusiya Müdafiə Nazirliyi (MN) informasiyanı hələlik şərh etməyib.