Rus ekspertdən hind silahları ilə bağlı İrəvana xəbərdarlıq

Rus ekspertdən hind silahları ilə bağlı İrəvana xəbərdarlıq

Təbii ki, Hindistan hərbi texnologiya sahəsində son zamanlar kəskin sıçrayış edən bir ölkədir, lakin yadda saxlamaq lazımdır ki, ilk ixrac müştərisi olmaq risklidir.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Ruslan Puxov Ermənistanın Hindistandan silah tədarükü haqda qeyd edib.

O bildirib ki, Ermənistan üçün bu qərar ciddi risklər daşıyır:

“Ümid etmək istərdim ki, hindistanlı tərəfdaşlar Ermənistanın belə bir riski qəbul etdiyi üçün qiymətdə endirim ediblər”.

Mütəxəssisin fikrincə, sülh və müharibə dövründə silah almaq başqa-başqa məsələlərdir:

“Sülh dövründə Hindistan silahlarını almaq yaxşı addımdır, çünki silahlarla yanaşı, beynəlxalq təşkilatlarda sizə dəstək verə biləcək Hindistanın səsini də alırsınız və s. Ona görə də Ermənistanın Hindistandan silahı alması daha çox siyasi qərardır.

Ancaq hansısa anda “xam” silahdan istifadə etməlisinizsə, Rusiya onu təmin edə bilmirsə, işlənmiş Amerika ekvivalentini almaq daha yaxşıdır.

Ermənistan antidronlarla yanaşı, tamam başqa kalibrli haubitsalar və reaktiv yaylım atəşi sistemləri də alır. Bütün bu sistemlərin uyğunlaşdırılması çətin olacaq.

Ancaq məndə belə bir təəssürat yaranır ki, Ermənistan müharibə üçün silah almır, Fransa və Hindistana siyasi təşəkkür edir”.

Qeyd edək ki, bundan əvvəl Ermənistan və Fransanın müdafiə nazirləri üç GM 200 radarının satışına dair saziş və Fransanın “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü haqqında memorandum imzalayıblar. Fransa “Bastion”ları isə (30 ədəd) artıq Ermənistana çatdırılıb.

Teqlər: