Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı açıqlamaları ciddiyə alınmalıdır, lakin belə bir olayın baş verməsi ehtimalı olduqca aşağıdır.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Sergey Balsamov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik” sözlərini şərh edərkən deyib.
Ekspert Ərdoğanın məlum açıqlamasına görə, panikaya qapılmamağı tövsiyə edib:
“Kəşfiyyat sahəsində əməkdaşlıq və iqtisadi əlaqələr dayanmadığı müddətcə hərbi sahədə ani proses baş verə bilməz”.
Balsamov 14 il öncə baş verən “Mavi Mərmərə” olayını xatırladaraq, belə bir faciəvi olayın ciddi siyasi iradə sayəsində yoluna qoyulduğunu söyləyib.
Ekspert həmçinin Türkiyə – İsrail əlaqələrinin NATO ölkələrini maraqlandırmadığını da vurğulayıb:
“Türkiyənin NATO-dan çıxarılması çağırışları tamamən anlamsızdır. Türkiyənin Avropa qitəsinin ən böyük, NATO-nun ikinci böyük ordusuna sahibdir”.