Rusiya donanması “Moskva” kreyseri məhv edildikdən və Zmeyni adası itirildikdən sonra passivlik nümayiş etdirir.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Denis Popoviç deyib.
“İndi Rusiya gəmiləri bizim sahillərdən çox uzaqdadır. Ancaq ərazilərimizə yenə raketlər buraxırlar. Aydındır ki, bu, böyük dağıntılara və itkilərə yol açır. Lakin döyüş bölməsi olaraq donanma passivlik nümayiş etdirir. Səbəbi isə Rusiya donanmasının “Harpun” və “Neptun” raketlərindən ehtiyat etməsidir”, – Popoviç bildirib.