Ukrayna hərbçiləri Rusiyanın altı nəfərdən ibarət təxribat-kəşfiyyat qrupunun Sum vilayətinə daxil olmasının qarşısını alıblar.
AzerTimes xəbər verir ki, bu barədə Sum Regional Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib.
O qeyd edib ki, insident yanvarın 20-də səhər tezdən baş verib:
“Dünən səhər saat 5 radələrində 6 nəfərdən ibarət qrup Rusiya ərazisindən Yunakiv icmasına keçməyə cəhd edib. Bu zaman Ukrayna hərbçiləri atəş açıb və bundan sonra düşmən geri çəkilib”.
Qeyd edək ki, Rusiya diversantları bundan əvvəl də Sum rayonunda sərhədi keçməyə cəhd ediblər.