Rusiya Ukraynaya HIMARS buraxılış qurğularının verilməsinə cavab olaraq ABŞ-ın Kiyevdəki səfirliyinin binasına raket zərbəsi endirməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı və Milli Müdafiə Komitəsi sədrinin müavini Yuri Şvıtkin deyib.
“Bu (HIMARS sistemlərinin tədarükü – red.) bir daha ABŞ-ın Üçüncü Dünya müharibəsinə doğru addım-addım irəlilədiyinə eyhamdır. Anlamaq lazımdır ki, biz sərt cavab verməliyik. Fikrincə, bu gün həm də silah tədarük edən ölkələr cavab verməlidir.
Əsas qərar qəbul edən mərkəz ABŞ səfirliyidir. Bu səfirlik gec-tez Rusiya ordusunun hədəfinə çevriləcək”, – deyə deputat bildirib.