Finlandiyanın sərhəddəki ən böyük keçid məntəqələrini bağlamaq qərarı rusofob siyasətdir. Finlandiya hakimiyyətinə bu atalar sözünü xatırlatmaq istərdim: “qardaşsız yaşaya bilərsən, amma qonşusuz yaşaya bilməzsən”.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
“Təəssüf ki, Finlandiya rusofob siyasət və dağıdıcı Baltik davranışını qəbul edib.
Finlandiya hökuməti qarşıdurma yolu tutaraq çoxəsrlik müştərək tarixi, iqtisadi və humanitar əlaqələri birtərəfli qaydada qırdı”,- o bildirib.
Qeyd edək ki, Finlandiya hökuməti Rusiya ilə sərhəddə yerləşən 8 nəzarət buraxılış məntəqəsindən birini üç ay müddətinə bağlamaq qərarına gəlib.