Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Şaxta babaya məktub yazaraq, xüsusi hərbi əməliyyat zonasına getməsinə icazə verilməsini istəyib.
AzerTimes xəbər verir ki, bu barədə deputat jurnalistlətə açıqlamasında deyib.
“Şaxta babaya məktub yazdım. Əziz Şaxta baba! Sənə Vitali yazır. Xahiş edirəm ki, xüsusi hərbi əməliyyat zonasına getməyimə icazə ver”, – deputat bildirib.
Milonov bildirib ki, Yeni ili Ukraynada döyüşən rus hərbçiləri ilə birlikdə qarşılamaq istəyir.