Rus bombardmançı təyyarəsi İsveçin hava məkanını pozdu

Rus bombardmançı təyyarəsi İsveçin hava məkanını pozdu

İsveç Silahlı Qüvvələri Rusiya təyyarəsinin Qotland adası yaxınlığında ölkənin hava məkanını zəbt etdiyini iddia edir.

AzerTimes xəbər verir ki, bu barədə İsveç mediası məlumat yayıb.

Məlumata görə, cümə günü Rusiyanın Su-24 bombardmançı təyyarəsi Qotland adasının şərqində İsveçin hava sərhədlərini pozub.

İsveç xarici işlər naziri Tobias Billström bildirib ki, Xarici İşlər Nazirliyi müttəfiqləri ilə sıx əlaqə saxlayır və bu məsələ ilə bağlı Rusiya səfirliyi ilə əlaqə saxlamaq niyyətindədir.

Teqlər: