Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.
“Belə siqnallardan xəbərim yoxdur. Ermənistanın verdiyi rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də bazanın çıxarılmasından söhbət gedə bilməz. Rusiya tərəfdən də belə siqnallar olmayıb”, – o bildirib.