Rus bazası Gəncəyə “köçə” bilər? – Tarasova cavab

Rus bazası Gəncəyə “köçə” bilər? – Tarasova cavab

Ermənistandan çıxarılacaq hərbi bazanın Azərbaycanda yerləşdiriləcəyi barədə Tarasovun söylədikləri sağlam məntiqə sığmır.

Bunu AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev rusiyalı politoloq Stanislav Tarasovun Gümrü bazasının Gəncədə, yaxud Kürdəmirdə yerləşə biləcəyi barədə iddialarını cavablandırarkən deyib.

“Biz qalib dövlətik və Azərbaycan ərazisində bu günə qədər hətta bizə ən yaxın ölkə olan qardaş Türkiyənin belə hərbi bazası yoxdur. Rusiyanın bu ərazidə baza yerləşdirilməsi qətiyyən mümkün deyil. Bu fikirlər əslində Ermənistana qarşı yönəlib və KTMT üzərində mövcud olan qarşıdurmalara hesablanmış bir açıqlamadır. Azərbaycan ərazisində özgə ölkəyə məxsus hərbi bazanın yerləşdirilməsinə ehtiyac yoxdur. Bu özünü müdafiə edə bilməyən məğlub Ermənistan kimi ölkələrə xas xüsusiyyətdir”, – Verdiyev bildirib.

Teqlər: