Rusiya təbliğatçısı və radio aparıcısı Sergey Mardan Qasım-Jomart Tokayevi Almaniya kansleri Olaf Şoltsla Rusiya-Ukrayna müharibəsini müzakirə etməsinə və Qazaxıstanın sanksiyalar rejiminə əməl edəcəyi haqqında bəyanatına görə sərt tənqid edib.
AzerTimes xəbər verir ki, o, bu barədə öz proqramında danışıb.
“Hansısa səbəbdən Qazaxıstan Prezidenti Tokayev Almaniyanın kansleri ilə Rusiya və Ukraynanı müzakirə edib. Niyə birdən-birə bizim strateji müttəfiqimiz strateji rəqibimiz – düşmənlərimizdən biri ilə bizim işlərimizi müzakirə etmək qərarına gəlib? Sən kimsən ki, bizim işlərimizi insanlarla müzakirə edirsən? Halbuki Şolts insan deyil, o – düşməndir.
Qazaxıstan Rusiyaya xarici siyasəti necə həyata keçirməyi öyrədir? Mənə elə gəlir ki, burda heç bir müttəfiq münasibətləri yoxdur”, – o deyib.