Rus aparıcı: Serbiya özünü fahişə kimi apardı – Video

Rus aparıcı: Serbiya özünü fahişə kimi apardı – Video

Serbiya dövləti bizim qardaşlarımızdır. Serblər pravoslav xalqıdır. Serb dili demək olar ki, rus dili kimidir. II Aleksandrın tamamilə axmaq panslayvan ideyaları səbəbindən Rusiya Balkanlara bir neçə qoşun göndərdi. Niyə, hansı əsasla Balkan xalqları azad edildi? Serblərə görə I Dünya müharibəsi başladı. Bu müharibə də Rusiya imperiyasının süqutu ilə nəticələndi. Məni Rusiya imperiyasının faciəvi taleyi narahat edir. Çünki Rusiya hansısa lənətə gəlmiş Serbiyanı müdafiə etmək üçün mənasız, irrasional müharibəyə girdi.

AzerTimes xəbər verir ki, bu fikirləri rusiyalı teleaparıcı Sergey Mardan “Solovyov Liv” verilişində səsləndirib.

“Daha sonra II Dünya müharibəsi oldu, serblər də orda guya partizan hərəkatında vuruşdular. Bütün bunlar çoxdan baş verib. Bəs indi? İndi “Faynənşl Tayms” qəzeti yazır ki, 2022-ci ildə Serbiya Qərbə 800 milyon avroluq mərmi ixrac edib. Bu mərmilərin harada peyda olduğunu siz bilirsiniz. Bu mərmilərlə Uqledarda, Rabotinoda, Baxmutda, Soledarda, bütün cəbhə boyu ərazilərdə rus ordusuna atəş açırdılar. Serb mərmilərinin qəlpələri rus əsgərlərini öldürürdü. Təəccüblüdür ki, Serbiya Prezidenti Aleksandr Vuçiç də bunu təkzib etmədi. Dedi ki, biz nə Rusiyaya, nə də Ukraynaya mərmi satırıq, ABŞ-a, Avropadakı müttəfiqlərimizə satırıq, bu mərmilər hara gedir, bizə aidiyyəti yoxdur. İndi özünüzə sual verin, bu xəbərdən sonra Serbiya sizin qardaşınız olaraq qalır? Siz hələ də hesab edirsiniz ki, Serbiyanın taleyinə görə başımız ağrımalıdır? Sizi bilmirəm, amma şəxsən hesab edirəm ki, Serbiyanın özünü axırıncı fahişə kimi aparandan sonra mübahisə etməyin yeri yoxdur. Onlara həqiqətən də 800 milyon avro lazım idi? Biz Şimali Koreyadan da mərmi alırıq. Serbiya həmin mərmiləri bizə sata bilməzdi? Bilərdi. Sadəcə istəmədilər. Yoldaş serblər, siz rus qanı hesabına 800 milyon avro qazandınız”, – Mardan bildirib.

Teqlər: