Rus aktrisası Qalina Daşevskaya faciəvi şəkildə öldü

Rus aktrisası Qalina Daşevskaya faciəvi şəkildə öldü

Rusiyanın Əməkdar artisti Qalina Daşevskaya faciəvi şəkildə ölüb.

79 yaşlı aktrisanı elektrik qatarı vurub. Hadisə Javoronki stansiyası ərazisində qeydə alınıb.

Qatarın təkərləri altında qalan Daşevskaya hadisə yerindəcə vəfat edib. Nəqliyyatda İstintaq Komitəsindən verilən məlumata görə, Əməkdar artist sərnişinlərin keçidi üçün qadağan olunmuş dəmiryolu xəttindən keçməyə cəhd edib.