Rumıniyada səhiyyə naziri Vlad Voykulesku qapalı yerdə tibbi maska taxmamaq səbəbindən cərimə edilib.
Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Buxarestin Baş polis idarəsi məlumat verib.
Nazirin “COVID-19” pandemiyasının qarşısının alınması və törətdikləri təsirlərlə mübarizə haqqında qanuna əməl etmədiyi üçün cərimələndiyi bildirilir. Cərimənin məbləği 1500 ley (360 dollar) təşkil edib.