Rumıniyanın Azərbaycandakı yeni səfiri Dövlət Komitəsində olub (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
Rumıniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Vasile Soare ilə görüşüb.

Dövlət Komitəsindən AzerTimes-a
verilən məlumata görə, komitə sədri səfiri yeni təyinatı
münasibətilə təbrik edib, ona ölkələrimiz arasında ikitərəfli
əməkdaşlığın inkişafı məqsədilə görəcəyi işlərdə uğurlar arzulayıb.
O, ölkəmizin uğurlu diaspor siyasəti, Komitənin həyata keçirdiyi
layihələr barədə məlumat verib, Rumıniyada yaşayan
azərbaycanlıların səmərəli fəaliyyətini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən səfir V.Soare regiona yaxından
bələd olduğunu qeyd edib, xalqlarımız arasında əlaqələrin möhkəm və
davamlı olmasının məmnunluq doğurduğunu nəzərə çatdırıb, diaspor
sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün səylər
göstərəcəyini vurğulayıb.

Görüşdə Rumıniyada yaşayan azərbaycanlıların cəmiyyətə faydalı
inteqrasiyasından danışılıb və diaspor sahəsində təcrübə
mübadiləsinin əhəmiyyəti barədə geniş fikir mübadiləsi
aparılıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Rumıniyanın
Xaricdəki Rumınlarla İş üzrə Nazirliyi arasında 2018-ci ildə
əməkdaşlıq haqqında memorandum imzalanıb.

Teqlər: