Rumıniyanın Azərbaycan təbii qazını əldə edəcəyi müddət açıqlanıb

Xəbər - Fatimə Zülfüqar – Trend:

Azərbaycan təbii qazı 2022-ci ilin iyulunda Rumıniyaya çatacaq.

AzerTimes-ın məlumatına görə, bunu Rumıniyanın energetika naziri Vircil Popesku deyib.

Nazir bildirib ki, ona verilə məlumata görə, Yunanıstan-Bolqarıstan interkonnektoru 2022-ci ilin iyulunadək hazır olacaq və Şaquli qaz dəhlizi işə düşəcək.

Bu dəhliz vasitəsilə Azərbaycan qazı və Yunanıstan limanlarında mayeləşdirilmiş təbii qaz BRUA boru kəməri ilə Rumıniyaya çatacaq.


(Tərcümə: Orxan Nəbiyeva)

Teqlər: