Rumıniyanın Kluj-Napoka şəhərində xəstəxanaların birində
cərrahiyyə əməliyyatı zamanı xəstənin mədəsindən 250 qram çəkidə
qızıl külçə çıxarılıb.
Trend-in
məlumatına görə, cərrahlar bu barədə yerli polisi
məlumatlandırıb.
Qeyd olunur ki, külçənin uzunluğu 6 santimetrdən çoxdur.
Xəstə həmin külçəni təsadüfən udduğunu bildirib. Hazırda
təfərrüatlarla bağlı araşdırma aparılır.