Rumıniya hərbçiləri Rusiya ordusunun istifadə etdiyi PUA-nın yeni qalıqlarını aşkar ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dəniz Qüvvələrinin şəxsi heyəti axtarış əməliyyatları zamanı Plaurudan təxminən 2,5 km cənub-şərqdə Rusiya hərbçilərinin istifadə etdiyinə oxşar PUA fraqmentləri aşkar ediblər. Qalıqların aşkar olunduğu ərazi hərbçilər tərəfindən mühasirəyə alınıb, aşkarlanan elementlər analiz və texniki ekspertiza üçün toplanacaq”, – məlumatda bildirilib.