Rumıniyada Rusiya istehsalı PUA qəzaya uğrayıb

Rumıniyanın Dumitra bələdiyyəsində, Ukrayna sərhədindən 100
kilometr cənubda naməlum PUA qəzaya uğrayıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, polis dronun
üzərində hərbi məqsədlər üçün istifadə edildiyinə dair heç bir
fərqlənmə nişanı və ya avadanlıq olmadığınə bildirib.

Qeyd olunur ki, dron Rusiya istehsalı olan “Orlan-10” pilotsuz
uçuş aparatıdır.

Bu model kəşfiyyat məlumatları toplamaq və hədəfləri müəyyən
etmək üçün istifadə edilir.