Rumıniyada Rus Evinin fəaliyyəti dayandırıldı

Rumıniyada Rus Evinin fəaliyyəti dayandırıldı

Rumıniya hökuməti Buxarestdə “Rus evi” kimi tanınan Rusiya Mədəniyyət və Elm Mərkəzinin işini dayandırmaq qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Mərkəz reallığın və tarixi həqiqətin təhrif edilməsinə yönəlmiş hərəkətlərdə iştirak edib. Bu cür hərəkətlər Rusiyanın Ukraynaya təcavüzündən sonra daha da intensivləşib”, – məlumatda qeyd olunub.

Teqlər: