Rumıniyanın 29 əyalətində iki minə yaxın yoluxma halı qeydə alındığı üçün ümummilli qızılca epidemiyası elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rumıniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qızılcaya yoluxma hallarının həyəcanverici artımı, həmçinin yoluxmuş uşaqların pediatriya və yoluxucu xəstəliklər şöbələrinə yerləşdirilməsini nəzərə alaraq, Səhiyyə Nazirliyi 9-11 aylıq uşaqların peyvənd olunmasını təmin etmək məqsədilə ölkə səviyyəsində qızılca epidemiyası elan edib”, – məlumatda deyilib.
Qeyd olunub ki, ölkədə peyvənd olunmamış və ya natamam peyvənd edilmiş insanlar da peyvənd olunacaqlar.