Rumıniya 2024-cü ildə Qərbi Nil qızdırmasından ilk ölüm halını qeydə alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Digi24ro” telekanalı məlumat yayıb.
Məlumata görə, Suçava şəhərində 83 yaşlı qadın xəstəlik nəticəsində dünyasını dəyişib.
“81, 83 və 88 yaşlı üç nəfər Suçava xəstəxanasına çatdırılıb. Hər birində virusun simptomları var aşkarlanıb: qızdırma, baş ağrısı və s. 81 yaşlı xəstə sağalıb evə buraxılıb. 83 yaşlı qadın dünyasını dəyişib. 88 yaşlı xəstə hazırda reanimasiya şöbəsindədir”.