Rumıniyanın Orben qəsəbəsində (Bakeu vilayəti) sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində ikisi yeniyetmə olmaqla 4 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Suçava – Buxarest marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomatik siqnalizasiya ilə təchiz olunmuş keçiddə minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtomobildəkilərin hamısı ölüb.
Ərazinin dəmiryolunda hərəkət dayandırılıb, polis qəzanın səbəblərini araşdırır.