Rumıniyada parlament seçkiləri keçirilir

Rumıniyada parlament seçkiləri keçirilir

Rumıniyada parlament seçkiləri keçirilir.

AzerTimes bu barədə TASS məlumat yayıb.

Məlumata görə, seçkilərin keçirilməsi üçün 8 968 məntəqə açılıb, Xaricdə isə 950 səsvermə məntəqəsi var. Ümumilikdə 18 milyondan çox seçicinin səs vercəyi gözlənilir.

“İndiyə qədər 170 078 rumıniyalı səs verib ki, bu da 2020-ci il parlament seçkilərinin sayından təxminən iki dəfə çoxdur”, – məlumatda qeyd olunub.

137 senator və 322 deputat yeri uğrunda 8 mindən çox namizəd mübarizə aparır. Seçkilərə 50 siyasi blok və partiya buraxılıb. Olar parlamentə daxil olmaq üçün minimum 5 %-lik baryeri keçməlidirlər.

Qeyd edək ki, noyabrın 24-də Rumıniyada prezident seçkilərinin birinci turu keçirilmişdi.

Teqlər: