Rumıniyanın cənub-qərbində 5,7 bal gücündə güclü zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rumıniyanın Yer Fizikasının İnkişafı üzrə Milli Tədqiqatlar İnstitutu məlumat yayıb.
“14 fevral saat 15:16-da Olteni, Qorj uezdində 40 km dərinlikdə 5,7 bal gücündə zəlzələ baş verdi”, – deyə bildirilib.
Dağıntı və tələfat haqqında məlumat yoxdur.
Qeyd edək ki, ötən gün də Rumıniyada 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı.