Rumıniyada koronavirus xəstəxanasında yanğın – Ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Rumıniyanın paytaxtı Buxarestdə koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub.

102 nəfər xəstəxanadan təxliyə edilib.


Qeyd olunur ki, yanğının qarşısını almaq mümkün olub. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.