Rumıniyada istirahət günləri komendant saatı tədbiq edilir

Rumıniyada koronavirusun yayılmasına qarşı yeni məhdudiyyətlər tətbiq olunub.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, 14 gün ərzində virusa yoluxma hallarının 1000 nəfər əhaliyə görə dörd hadisəni keçdiyi yaşayış məntəqələrində həftə sonları əvvəlki 22:00-in əvəzinə 20:00-dan etibarən komendant saatı tətbiq olunur. İstisna sakinlərin peşə fəaliyyətləri, tibbi məqsədlər, xəstə və ya yaşlı insanlara köməklə əlaqədar çıxışlardı. Çatdırma ilə işləyən mağazalar, apteklər və yanacaqdoldurma məntəqələri xaricində bütün obyektlər saat 21:00 əvəzinə 18:00-da bağlanacaq.


Son məlumatlara əsasən, sutka ərzində ölkədə 5 869 nəfər koronavirusa yoluxub və 162 nəfər ölüb. Ümumilikdə, Rumıniyada pandemiya başlayandan 932 199 bu virusa yoluxma halı qeydə alınıb, 834 162 nəfər sağalıb, 22 997 nəfər dünyasını dəyişib.