Rumıniyada ən azı 160 zəlzələ oldu

Rumıniyada ən azı 160 zəlzələ oldu

Fevralın 14-də 5,7 bal gücündə zəlzələdən sonra Rumıniyanın cənub-qərbində 2,4-4,1 bal gücündə də ən azı 160 zəlzələ qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin cənub-qərbində Qorj rayonunda Yer Fizikası Milli İnstitutu məlumat yayıb.

Məlumata görə, müvafiq olaraq 5,2 və 5,7 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. İnstitut bu bölgədə zəlzələ olmasını nadir hal adlandırıb. Nəticədə Qorj, Hunedoara, Tırqu-Jiu, Mehedinti rayonlarında bir çox evə ziyan dəyib, kiçik dağıntılar baş verib.

Teqlər: